Ana Sayfa > Karusel / Manşet > Liviya və Türkiyə Aralıq dənizi qaz şelfini inkişaf etdirəcək
Liviya və Türkiyə Aralıq dənizi qaz şelfini inkişaf etdirəcək7-10-2022, 22:59. Yazar: Admin |
Türkiyə və Liviya Aralıq dənizində qaz şelfini birgə inkişaf etdirmək niyyətindədirlər. Bu barədə Liviya Baş naziri Abdel-Hamid Dbeiba bildirib. Dbeiba Krit adasının cənub-şərqində Aralıq dənizi regionunun inkişafı planlarından danışıb. Eyni zamanda baş nazir Liviyanın regionla bağlı planlarını açıqlayıb. Həmçinin Türkiyə-Liviya enerji əməkdaşlığı sazişinə dair hər hansı tənqidi qəbul etmədiyini vurğulayıb. “Anlaşma memorandumlarını imzalamaq bizim hüququmuzdur. Biz digər dövlətlərlə əməkdaşlığı inkişaf etdirmək üçün yüzlərlə belə sazişə imza atmışıq”, - deyə o qeyd edib. Xatırladaq ki, bazar ertəsi (3 oktyabr) bağlanan saziş Ankara ilə əvvəlki administrasiya arasında 2019-cu ildə Tripolidə imzalanmış razılaşmaya əsaslanır. Geri dön |