Ana Sayfa > Karusel / Manşet > Bu ölkədə İran səfirliyinə hücum edildi

Bu ölkədə İran səfirliyinə hücum edildi


7-10-2022, 22:07. Yazar: Admin

Bu ölkədə İran səfirliyinə hücum edildi 

Danimarkada İran səfirliyinə hücum edilib 

Qarabaginfo.az xəbər verir ki, 32 yaşlı İran vətəndaşı əlində bıçaqla səfirliyin ərazisinə daxil olmağa çalışıb.

Polis bildirib ki, İran vətəndaşı olan şəxs səfirliyin binasına girməzdən əvvəl saxlanılıb.

O, şənbə günü Kopenhagen şəhər məhkəməsinə çıxarılacaq və ona qarşı vandalizm, zorakılıq və diplomatik statusu olan insanlara qarşı cinayətlərlə bağlı ittiham irəli sürüləcək.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian hadisəyə münasibət bildirib: “Avropanın mərkəzində diplomatik toxunulmazlığı olan bir qadın və səfirə qarşı belə bir hücumun baş verməsi və polisin vaxtında gəlməməsi təəssüf doğurur”.


Geri dön