Ana Sayfa > Karusel / Manşet > KİV: Putin və Zelenski İndoneziyada keçiriləcək G20 sammitində iştirak barədə razılığa gəliblər

KİV: Putin və Zelenski İndoneziyada keçiriləcək G20 sammitində iştirak barədə razılığa gəliblər


7-10-2022, 21:32. Yazar: Admin

KİV: Putin və Zelenski İndoneziyada keçiriləcək G20 sammitində iştirak barədə razılığa gəliblər

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski bu ilin noyabrında Balidə keçiriləcək G20 sammitində iştirak etməyə razılaşıblar.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İndoneziyanın BƏƏ-dəki səfiri Husin Bagis “The National” nəşrinə bildirib.

Onun sözlərinə görə. Prezidentlər bu ilin noyabrında İndoneziyanın Bali adasında keçiriləcək G20 sammitinə gəlməyə razılaşıblar.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS agentliyinə bu xəbəri şərh edərək deyib ki, Rusiya G20 sammitində iştirak edəck ancaq onun hansı formatda olması isə müəyyən edilməyib.


Geri dön