Ana Sayfa > Karusel / Sosial > "Bakı Metropoliteni" iki yeni qatarı xəttə buraxır

"Bakı Metropoliteni" iki yeni qatarı xəttə buraxır


29-06-2020, 10:16. Yazar: Admin

"Bakı Metropoliteni" iki yeni qatarı xəttə buraxırBu gündən "Bakı Metropoliteni" QSC-nin daha iki yeni qatarı istismara veriləcək.

Bunu Qarabaginfo.az-a QSC-ninmətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

Qeyd edək ki, 4-cü nəslə məxsus 81-765. B81-/766.B modelli 20 vaqondan ibarət dörd yeni qatar "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş" müəssisəsinin Mıtışşi vaqonqayırma zavodunda "Bakı Metropoliteni" QSC-nin sifarişi əsasında istehsal olunub. Bu gün həmin qatarların ikisi xəttə buraxılacaq.

 

"Qatarlar vaqonlararası birbaşa keçid konstruksiyalıdır. Vaqonun tutumunu 15% artırmaqla, sərnişinlərin qatar boyunca bərabər paylanmasını təmin edir. Bu vaqonların da qapıları enlidir, açılıb-bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib. Ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar, iri yüklər, uşaq və əlil arabaları üçün sahələr də ayrılıb. Tutacaqlar sərnişin sıxlığına uyğunlaşdırılıb. Yeni vaqonların daha bir fərqləndirici cəhəti odur ki, orijinal işıq qrafikası Bakı vaqonları üçün xüsusi olaraq işlənib. Baş vaqon faralarının dizaynı dəyişdirilib, informasiya sistemi yerli şəraitə uyğunlaşdırılıb. Vaqonların istilik və səs-küy izolyasiyası yaxşılaşdırılıb. İzolyasiyanın etibarlığı kondisioner və ventilyasiya sisteminin də daha effektiv işləməsini təmin edib. Kondisioner sisteminin havanı avtomatik zərərsizləşdirməsi virus və bakteriyalardan əlavə mühafizə imkanıdır. Salonda quraşdırılan diodlu lampalar işıq selinin gücünü çoxaldıb-azaldır və müvafiq erqonomik ab-hava yaradır", - deyə B. Məmmədov bildirib.

O həmçinin əlavə edib ki, Bakı metropoliteninin perspektiv inkişaf planında vaqon parkının müasir və sərnişinlər üçün daha rahat vaqonlar hesabına yenilənməsi də nəzərdə tutulub: "QSC-nin təsis edildiyi altı il ərzində bu istiqamətdə atılan addımların nəticəsi kimi, artıq bu gün paytaxtın yeraltı polad magistrallarında 55 yeni qatar işləyir".


Geri dön