Ana Sayfa > Karusel / Qarabağ > Separatçıların "SON ÜMİDİ": "Qarabağın müstəqilliyini beynəlxalq məhkəmədə müdafiə edək"

Separatçıların "SON ÜMİDİ": "Qarabağın müstəqilliyini beynəlxalq məhkəmədə müdafiə edək"


7-10-2022, 17:23. Yazar: Admin

Qarabağ separatçıları yenə sərsəm “ideya”larla çıxış ediblər. Onlar “Qarabağın müstəqilliyini beynəlxalq məhkəmədə müdafiə etməyə çağırış ediblər”.

Qarabaginfo.az bu barədə “Yedinaya rodina” partiyasının nümayəndəsi Samvel Babayan danışıb. O bildirib ki, ictimai təşkilatların nümayəndələri beynəlxalq qurumlara müraciət etməli və Qarabağın müstəqillik hüququnu müdafiə etməlidirlər.

Qondarma qurumun “təhlükəsizlik şurasının” iclasının iştirakçıları bəyan ediblər ki, Qarabağ münaqişəsinin həlli yalnız Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnun tanınması və onların maraqlarının nəzərə alınması əsasında mümkündür,

Babayan əlavə edib ki, “Qarabağın üzləşdiyi problemləri müzakirə etmək və ölkə üçün çətin vəziyyətdən çıxış yollarını tapmaq üçün insanlarla görüşüb”.

“Qarabağın Azərbaycanın tərkibində olması variantını qəbuledilməzdir.

Qarabağın qanunlara və tarixi faktlara görə müstəqillik üçün bütün hüquqları var. Təəssüf ki, Sovet İttifaqından ayrıldıqdan, referendum keçirildikdən və müstəqillik elan edildikdən sonra müstəqilliyin hüquqi müstəvidə həyata keçirilməsi istiqamətində heç bir addım atılmadı. Biz beynəlxalq məhkəməyə müraciət etməli və müstəqillik haqqımızı müdafiə edə bilməliyik”, – deyə Babayan cəfəng fikirlər səsləndirib.

O, sərsəmləyib ki, Qarabağ iqtisadi inkişafa və “ordu”nun güclənməsinə çalışmalıdır, çünki “Ermənistan və Qarabağ ətrafında baş verən son siyasi proseslər erməni xalqının mövcudluğuna təhlükə yaradır”.

O, bütün siyasi, dövlət və ictimai xadimləri “Qarabağı, Qarabağ naminə, Ermənistan üçün, bütün erməniçilik naminə xilas etmək ideyası ətrafında birləşməyə” çağırıb.(konkret.az)


Geri dön