Ana Sayfa > Karusel / Region > "Ukraynalıların arzusu təkcə qalib gəlmək deyil, "Rusiya" sözünün həmişəlik unudulmasıdır..."

"Ukraynalıların arzusu təkcə qalib gəlmək deyil, "Rusiya" sözünün həmişəlik unudulmasıdır..."


7-10-2022, 16:11. Yazar: Admin
"Əgər sabah hansısa şeyxin gözü Matviyenkoya düşərsə, o, təhlükəsiz "sandıqda" Əmirliklərə göndəriləcək..." 
"Rusiya Sovet İttifaqı kimi təmiz, səliqəli, rahat, qansız dağılmayacaq..."
 
"Kadırov linç edilməmək üçün bütün Qafqazla vuruşacaq..."
 
"Rusiyada hakimiyyət aqoniya edir, özününküləri yadlardan ayırmağı belə bacarmır..."
 
"Rusiya-Ukrayna müharibəsinin bitməsi hələ müharibənin bitməsi demək olmayacaq, müharibə alovu Rusiyaya keçəcək".
 
Qarabaginfo.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində Ukrayna vətəndaşlığını alan rusiyalı publisist Aleksandr Nevzorov bəyan edib.
 
Ukraynada müharibənin bitməsindən danışarkən, o, güman edib ki, ukraynalıların arzusu təkcə Rusiyaya qalib gəlmək deyil.
 
"Mən bu arzunu ifadə etməyə risk edərəm. Bu arzu "Rusiya" sözünün həmişəlik unudulmasıdır. Onun haqqında daha heç vaxt xatırlayıb düşünməməkdir. 100 metrlik divar yaradıb bu leprozoridə xəstələrin bir-birini öldürməyə və xarici dünya ilə təmassız bir-birini yoluxdurmağa imkan verməkdir", - Nevzorov belə ifadə edib.
 
Lakin publisistin fikrincə, belə alınmayacaq, "çünki ölərək də Rusiya hər saniyə özünü xatırladacaq".
 
"O, Sovet İttifaqı kimi əvvəlcədən düşünülən portağal dilimlərinə parçalandığı tərzdə təmiz, səliqəli dağılmayacaq. Və açıq danışaq, onun kimi praktiki olaraq qansız dağımayacaq. İndi belə alınmayacaq, hansısa zolaqlı sütunları qoyub deyəsən ki, bura İnquşetiyadır, bura Başqırdıstandır, bura isə Moskoviyadır...Nevzorov güman edib. - 
 
Rusiya-Ukrayna müharibəsinin bitməsi müharibənin bitməsi demək deyil. Müharibə Rusiyada hakimiyyət uğrunda başlayacaq".
 
O, hesab edir ki, bu ssenaridən qaçmaq mümkün olmayacaq, çünki ölkədə özəl ordular var, rusiyalıların əllərində çoxlu silah var, Çeçenistan rəhbəri Ramzan Kadırov və "Vaqner" özəl hərbi şirkətlı bağlı olan Yevgeni Priqojin son zamanlar öz təsirlərini xeyli gücləndirib.
 
"Həddən artıq çox hakimiyyət, pul, resurslar, silah, özəl ordular, özəl qvardiyalar mövcuddur, Priqojin və Kadırov həddən artıq güclənib...Kadırov, ümumiyyətlə, bütün Qafqazla vuruşacaq. O, linç edilməmək, öküzlər tərəfindən parçalanmamaq üçün vuruşacaq. Qafqazın özünün diktaturasına görə onunla necə davranacağı artıq bəllidir", - publisist deyib.
 
Onun fikrincə, Rusiyada baş verənlər bu və ya digər mənada Ukraynaya toxunacaq.
 
"Ukrayna hələ uzun illər bu dəhşətin, bu natəmizliyin, bu qorxunc proseslərin iştirakçısı olmağa məcbur olacaq. Çünki bunlardan bir anlığa qurtulmaq mümkün deyil", - Nevzorov deyib.
 
Onun sözlərinə görə, Rusiyada hakimiyyət aqoniya edir, bunun nəticəsində hətta rejimin ən etibarlı tərəfdarlarına divan tutula bilər.
 
"Hakimiyyət kordur, özününkülərlə yadları hətta qoxusuna görə seçə bilmir. Bu hakimiyyətin az-çox gerçək müxalifət limiti bitib, o, indi davranışları bir balaca şübhə doğuranları məhv edəcək.
 
 Rejimə ən sadiq personalar belə qılıncdan keçiriləcək, çünki hakimiyyət aqoniyadadır, özününküləri yadlardan ayırmaq iqtidarında deyil", - Nevzorov deyib.
 
O, əmindir ki, Putin üçün hətta söhbət onun ətrafından və silahdaşlarından gedirsə belə, "heç kimin taleyi önəm kəsb etmir".
 
O, Federasiya Şurasının spikeri Valentina Matviyenkonu və Təhlükəsizlik Şürası katibinin müavini Dmitri Medvedevi nümunə çəkib.
 
 
"Əgər sabah hansısa şeyxin gözü Matviyenkoya düşərsə və buna eyham vurarsa, onun sədaqətinə rəğmən, o, təhlükəsiz "sandıqda" Əmirliklərə göndəriləcək.
 
Və ya birdən onun dostu Bəşər Əsədin yolkasını bəzəmək üçün qulaqlar lazım olarsa, o, Medvedevin qulaqlarını kəsib Suriyaya göndərəcək, sonra isə ona karnavallar üçün mağazadan böyük süni qulaq alacaq", - Nevzorov deyib. (Moderator.az)

Geri dön