Ana Sayfa > Karusel > Məhsa Əmininin ölüm səbəbi AÇIQLANDI

Məhsa Əmininin ölüm səbəbi AÇIQLANDI


7-10-2022, 15:45. Yazar: Admin
Məhsa Əmininin ölüm səbəbi AÇIQLANDI

İranda bir neçə gün öncə həyatını itirən 22 yaşlı Məhsa Əmininin ölüm səbəbi açıqlanıb.

 

Qarabaginfo.az xəbər verir ki, tibbi ekspertiza Əmininin polis əməkdaşları tərəfindən döyülərək öldürülməsi faktının öz təsdiqini tapmadığını bəyan edib.

 

Məhkəmə-tibb ekspertləri bildiriblər ki, gənc qız 8 yaşında beyin əməliyyatı keçirib və ağır dərmanlar qəbul edib.

 

Xatırladaq ki, Əmininin ölümü İranda genişmiqyaslı etirazlara səbəb olub. Onun hicab qaydalarına əməl etmədiyinə görə polislər tərəfindən təzyiqlərə məruz qaldığı iddia edilib.


Geri dön