Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Qarabağ > Kəlbəcər və Daşkəsəndə növbəti 138 mina zərərsizləşdirilib
Kəlbəcər və Daşkəsəndə növbəti 138 mina zərərsizləşdirilib7-10-2022, 14:13. Yazar: Admin |
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Kəlbəcər və Daşkəsən rayonları ərazisində qarşı tərəfdən basdırılan növbəti minalar aşkar edilib.
Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, Kəlbəcər rayonu ərazisində 79 ədəd PMN-Э tipli piyada əleyhinə, 2 ədəd TM-62M tipli tank əleyhinə mina, Daşkəsən rayonu ərazisində isə 53 ədəd PMN-Э tipli piyada əleyhinə mina və 4 ədəd OZM-72 tipli piyada əleyhinə qəlpəli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Geri dön |