Ana Sayfa > Karusel > “Hansı ölkə bizə hücum etsə…” – Ərdoğandan xəbərdarlıq
“Hansı ölkə bizə hücum etsə…” – Ərdoğandan xəbərdarlıq7-10-2022, 10:15. Yazar: Admin |
"Ankaranın Afina ilə danışacağı heç bir şey yoxdur".
Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa liderlərinin Praqa sammitində bildirib.
Türkiyə lideri çıxışı zamanı yenidən Yunanıstana xəbərdarlıq edib:
"Türkiyə təkcə Yunanıstana deyil, onun təhlükəsizliyini təhdid edən istənilən ölkəyə adekvat cavab verməyə hazırdır. Bunu təkcə Yunanıstan eşitməsin. Hansı ölkə bizə hücum edirsə, etsin, gecə qəfil gələ bilərik. Onlar bundan xəbər tutsunlar".
Qeyd edək ki, Türkiyə ilə Yunanıstan arasında münasibətlər bu ilin avqustun 23-dən sonra daha da pisləşib. Geri dön |