Ana Sayfa > Karusel > Liderlərin masasındakı kitab nədən bəhs edir - MARAQLI DETAL
Liderlərin masasındakı kitab nədən bəhs edir - MARAQLI DETAL6-10-2022, 17:45. Yazar: Admin |
Xəbər verdiyimiz kimi, bu gün Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi görüş olub.
Liderlərin görüşü zamanı masanın üzərində olan kitab diqqət çəkib.
Qarabaginfo.az xəbər verir ki, həmin kitab albaniyalı yazar, professor Lea Ypinin "Free: Coming of Age at the End of History" adlı kitabıdır. Kitabın adı "Azad - tarixin sonu və yeni dövrün başlanğıcı" kimi tərcümə olunur.
Sözügedən kitabda Albaniyada kommunist rejimin repressiyalarından və stalinizmə qarşı mübarizədən bəhs edilir.
Lea Ypi 1990-cı ilin dekabrında kommunist Albaniyasının dağılması zamanı yetkinlik yaşına çatması, Ənvər Hoca diktaturasından azad olmaları və demokratik mühitə keçidlə bağlı xatirələrini çatdırıb.
2021-ci ildə nəşr olunan kitabda müəllif “Free”ni böyük siyasi təlatümlər fonunda yetkinlik yaşına çatmaq haqqında xatirə kimi qələmə verib.
Kəskin fikir və zəkası ilə seçilən Lea Ypi tərəqqinin hüdudlarını və keçmişin yükünü izləyir, ideallar və reallıq arasındakı boşluqları işıqlandırır, insanların tarixi ümidlərini, habelə qorxularını oxuculara çatdırır.
Lea Ypi marksizm və tənqidi nəzəriyyə sahəsində təcrübəyə malikdir.
Geri dön |