Ana Sayfa > Karusel > Əli Əsədov İranın birinci vitse-prezidenti ilə görüşdü

Əli Əsədov İranın birinci vitse-prezidenti ilə görüşdü


6-10-2022, 17:03. Yazar: Admin

 

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyaya işgüzar səfəri çərçivəsində Moskvada İranın birinci vitse-prezidenti Məhəmməd Mohberlə görüşüb.

 

Bu barədə Qarabaginfo.az-a Nazirlər Kabinetindən məlumat verilib.

 

Görüşdə Azərbaycan-İran ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

 

Həmçinin ikitərəfli gündəliyə aid olan məsələlər, o cümlədən Azərbaycan ilə İran arasında nəqliyyat-kommunikasiya xətlərinin inkişafı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 


Geri dön