Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda daha 72 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Azərbaycanda daha 72 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib


6-10-2022, 16:35. Yazar: Admin

Azərbaycanda daha 72 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 821 937 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 811 379 nəfər müalicə olunaraq sağalıb, 9 927 nəfər vəfat edib, aktiv xəstə sayı 631 nəfərdir.

Ölkədə son sutka ərzində 2 848, hazırkı dövrədək isə 7 266 943 test aparılıb.


Geri dön