Ana Sayfa > Karusel / Siyasət > Əli Əsədov rusiyalı həmkarı ilə görüşüb

Əli Əsədov rusiyalı həmkarı ilə görüşüb


6-10-2022, 15:55. Yazar: Admin

Əli Əsədov Rusiya Hökumətinin sədri ilə görüşüb - FOTO

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyaya işgüzar səfəri çərçivəsində Moskvada həmin ölkənin hökumət sədri Mixail Mişustinlə görüşüb.

Bu barədə Qarabaginfo.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan-Rusiya dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.

Moskvada keçirilən 2-ci Xəzər İqtisadi Forumunun əhəmiyyəti vurğulanıb.

Həmçinin, ikitərəfli gündəliyin bir sıra praktiki məsələləri, o cümlədən iqtisadi-ticari, nəqliyyat, energetika və humanitar sahələrə aid məsələlər nəzərdən keçirilib.


Geri dön