"İstanbulda olduğu kimi, bizdə də dəniz taksisi olsun. Məsələn, nədən Bayıl və Zığ qəsəbələri arasında dəniz taksiləri işləməsin? Və yaxud vətəndaşlar dəniz avtobusları vasitəsilə hərəkət edə bilərlər".
Bunu "Unikal"a açıqlamasında deputat Tahir Kərimli deyib. Deputat bildirib ki, bir sıra ölkələrdə belə nəqliyyat xidməti mövcuddur:
"Bəzən deyirlər bu mümkün deyil. Amma deyərdim ki, mümkündür. Bəzən deyirlər dəniz altında olan qayalıqların buna mane ola bilər. Onları dağıtmağa nə var? Hərəkət marşrutunu bir qədər dərindən keçirməklə bunu etmək mümkündür. Dünyanın bir çox ölkələrində belə xidmət var".