Ana Sayfa > Karusel / Qarabağ > Vahid Hacıyev: "Zəngilanda yaşayış məntəqələri iki və üç mərtəbəli olacaq"
Vahid Hacıyev: "Zəngilanda yaşayış məntəqələri iki və üç mərtəbəli olacaq"6-10-2022, 11:38. Yazar: Admin |
“İşğal dövründə Zəngilan urbisidə məruz qalıb, təbiəti istismar edilib”. Qarabaginfo.az xəbər verir ki, bunu Milli Şəhərsalma Forumunda "Ekoloji cəhətdən davamlı və dayanıqlı şəhər inkişafı" sessiyasında Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib. Onun sözlərinə görə, şəhər azad edildikdən sonra sürətli yenidənqurma işləri başlayıb və bu prosesdə dayanıqlı, ağıllı konspesiyalar tətbiq olunur: “Biomüxtəliflik və yaşıllaşma ilə bağlı işlər görülür, 20000 ağac əkilib, 1000 kq çinar ağacının toxumu əkilib. Zəngilanın ağıllı Ağalı kəndində 200 ev tikilib, 150 evin daha tikilməsi nəzərdə tutulub. İyul-sentyabr ayında 66 ailəyə, 326 nəfərə Ağalıdakı evlərinin açarları təqdim olunub”. Zəngilanın planı barədə Prezidentin xüsusi nümayəndəsi deyib ki, şəhərdə yaşayış məntəqələri iki və üç mərtəbəli olacaq, yaşıllıqla, təbiətlə vəhdətdə olacaq: “Logistika, turizm və kənd təssərüfatı Zəngilanın dayanıqlı gələcəyi və inkişafına töhfə verəcək”. Geri dön |