Ermənistan Baş naziri Nikol Paşinyan Çexiyanın paytaxtı Praqaya yola düşüb.
Buna görə hökumətin bu gün keçirilən iclasını Baş nazirin müavini Mqer Qriqoryan aparıb.
Qeyd edək ki, Paşinyan Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Praqaya səfər edib.