Ana Sayfa > Karusel > MM sədri G20 parlament sədrlərini Ermənistanın davranışlarını pisləməyə çağırıb

MM sədri G20 parlament sədrlərini Ermənistanın davranışlarını pisləməyə çağırıb


5-10-2022, 21:18. Yazar: Admin

Milli Məclisin sədri Sahibə Qafarova, G20 ölkələrinin parlament sədrlərinin sammitində

“Ermənistan beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirir, regionda kommunikasiya və nəqliyyat yollarının açılması prosesinə maneələr yaradır”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu bu gün Milli Məclisin sədri Sahibə Qafarova İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən "Böyük iyirmilik" (G20) ölkələrinin parlament sədrlərinin 8-ci Sammitində çıxışında bildirib.

Sahibə Qafarova deyib ki, Ermənistanın sonuncu dəfə - bu il sentyabrın 13-də törətdiyi hərbi təxribatlar da normallaşma prosesinə əngəl törədir: “Bu cür davranışlar pislənilməlidir. İndi ən vacib məsələ münasibətlərin normallaşması prosesini pozacaq hərəkətlərdən çəkinməkdir. Çünki bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasının yeganə yoludur.”.


Geri dön