Ana Sayfa > Karusel / Siyasət > Azərbaycanda kimlər general-polkovnikdir?
Azərbaycanda kimlər general-polkovnikdir?26-06-2020, 11:33. Yazar: Admin |
Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamıyla general-leytenant Kərəm Mustafayevə general- polkovnik hərbi rütbəsi verilib. Qarabaginfo.az xəbər verir ki, Azərbaycanda bununla da sözügedən ali hərbi rütbəni daşıyan məmurların sayı 18-ə çatıb. Bundan əvvəl isə, 17 məmura general-polkovnik hərbi rütbəsi verilib. Qeyd edək ki, general-polkovnik hərbi rütbəsi güc strukturlarında ən yüksək ali rütbə hesab edilir. Sözügedən rütbəylə təltif edilən şəxslərin adlarını təqdim edirik: 1. Zakir Həsənov - Müdafiə naziri 2. Nəcməddin Sadıqov - Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi 3. Ramil Usubov – Eks Daxili İşlər naziri, Prezident yanında Təhlukəsizlik Şurasının katibi 4. Kəmaləddin Heydərov - Fövqəladə Hallar naziri 5. Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi 6. Vaqif Axundov - Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisi 7. Bəylər Əyyubov - Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi 8. Namiq Abbasov - Azərbaycanın sabiq milli təhlükəsizlik naziri 9. Səfər Əbiyev – Sabiq müdafiə naziri 10. Eldar Mahmudov - sabiq milli təhlükəsizlik naziri 11. Tofiq Ağahüseynov - Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı) 12. Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin keçmiş sədri 13. Zakir Qaralov – Sabiq Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik) 14. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik) 15. Fazil Məmmədov – Sabiq Vergilər naziri I dərəcəli dövlət vergi xidməti müşaviri (general-polkovnik) 16. Mədət Quliyev- Müdafiə Sənayesi naziri 17. Səfər Mehdiyev- Dövlət Gömrük Komitəsinin sədri 18. Kərəm Mustafayev- Müdafiə nazirinin müavini "Qafqazinfo" Geri dön |