Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel > Ermənistan Bakıya Xankəndi ilə danışıq aparmağı təklif edir
Ermənistan Bakıya Xankəndi ilə danışıq aparmağı təklif edir5-10-2022, 17:51. Yazar: Admin |
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün parlamentdəki “hökumət saatı” zamanı çıxış edərkən Azərbaycanın İrəvana təqdim etdiyi 5 prinsipdən danışıb. "Bildirmişik ki, bu prinsiplərdə bizim üçün qəbuledilməz heç nə yoxdur. Bu dəfə Azərbaycanın təqdim etdiyi təkliflər bu prinsiplərə əsaslanır. Əlbəttə, elə məqamlar var ki, biz indi onları təhlil edirik və mütləq cavab verəcəyik", - Ermənistan XİN rəhbəri qeyd edib. Onun sözlərinə görə, danışıqlar zamanı elə məqamlar yarana bilər ki, İrəvanın özü də sazişə daxil edilməsi üçün hansısa təklif versin.
Geri dön |