Ana Sayfa > Karusel > Qarabağda 148 min hektar ərazi təhlükəlidir - ANAMA

Qarabağda 148 min hektar ərazi təhlükəlidir - ANAMA


5-10-2022, 17:42. Yazar: Admin
Qarabağda 148 min hektar ərazi təhlükəlidir - ANAMA

Hazırda azad olunmuş ərazilərdə 390 min 709 tank və piyada əleyhinə mina, partlamamış hərbi sursat barədə məlumatlar var.

 

Qarabaginfo.az xəbər verir ki, bunu ANAMA sədrinin müavini Samir Poladov Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

 

"İşğaldan azad edilmiş torpaqlarda 148 min hektar ərazi xüsusilə təhlükəli hesab olunur. Çünki həmin ərazilərdə daha çox mina və digər partlayıcı sursatlar mövcuddur. Bu günədək cəmi 55 min hektar sahə minalardan təmizlənib", - deyə qurum rəsmisi bildirib.


Geri dön