Ana Sayfa > Karusel > Kəlbəcər və Daşkəsəndə mina faciəsinin qarşısı alındı

Kəlbəcər və Daşkəsəndə mina faciəsinin qarşısı alındı


5-10-2022, 17:41. Yazar: Admin

Kəlbəcər və Daşkəsəndə mina faciəsinin qarşısı alındı Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində görülən işlər davam etdirilir. 

Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Erməni diversiya qruplarının Kəlbəcər rayonu ərazisində basdırdığı növbəti 118 ədəd PMN-Э tipli piyada əleyhinə və 4 ədəd TM-62M tipli tank əleyhinə mina, həmçinin Daşkəsən rayonu ərazisində 108 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar olunub.

Aşkar edilən bütün minalar mühəndis-istehkamçılarımız tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə fəaliyyətlərini yüksək peşəkarlıqla icra edir.


Geri dön