Ana Sayfa > Karusel > Ramin Hacılının vəsatəti təmin olunmadı
Ramin Hacılının vəsatəti təmin olunmadı5-10-2022, 16:12. Yazar: Admin |
Dələduzluqda təqsirləndirilən Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısının rüşvət verməyə təhrik etmə ittihamı üzrə şahid qismində tanınmış şəxslərin zərərçəkmiş kimi tanınmaları ilə bağlı vəsatəti təmin edilməyib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda elan olunub.
Daha sonra R.Hacılı vəsatətlə çıxış edib. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş bəzi ittihamların bir neçəsinin xaric edilməsini, əvvəllər onunla çalışmış bir neçə şəxsin şahid qismində dindirilməsini istəyib.
Məhkəmə isə bu vəsatətlərə müşavirə otağında qiymət verəcəyini bildirib.
Növbəti iclası oktyabrın 11-nə təyin edilib.
Qeyd edək ki, ittiham aktına görə, Azərbaycan Avropa Hərəkatının və “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət edən şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.
Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.
Xatırladaq ki, digər şəxslərin cinayət işi ayrıca icraata götürülüb. Geri dön |