Ana Sayfa > Karusel > Kimya üzrə Nobel laureatlarının adları elan olundu

Kimya üzrə Nobel laureatlarının adları elan olundu


5-10-2022, 15:07. Yazar: Admin

 

Nobel Komitəsi 2022-ci il Kimya üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Nobel Komitəsi rəsmi Tvitter hesabında məlumat yayıb.

Məlumata görə, builki mükafatın qalibləri ABŞ-dan Karolin Rut Bertozzi və Karl Barri Şarpless, Danimarkadan isə Morten Meldal olub.

Qeyd edək ki, qaliblərin elan olunma mərasimi İsveçin Stokholm şəhərində yerləşən Kral Elmlər Akademiyasında keçirilir.

 


Geri dön