Ana Sayfa > Karusel > Rusiya Ukraynanı bombaladı: 5 dinc sakin öldü

Rusiya Ukraynanı bombaladı: 5 dinc sakin öldü


5-10-2022, 14:24. Yazar: Admin

Rusiya Ukraynanı bombaladı: 5 dinc sakin öldü Ötən sutka ərzində Rusiya ordusu Ukraynada daha 5 dinc sakini öldürüb, 14 nəfəri isə yaralayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirilo Timoşenko "Telegram" kanalında paylaşım edib.

"Rusiya Federasiyası Silahlı Qüvvələrinin aqressiv hücumları nəticəsində Donetsk vilayətində 5 nəfər ölüb, 6 nəfər yaralanıb, Zaporojye vilayətində isə 4 nəfər yaralanıb. Xarkov və Xerson vilayətlərindəndə də yaralananlar olub. Belə ki, Xarkovda 3, Xersonda isə 1 nəfər yaralanıb", - deyə Timoşenko vurğulayıb.


Geri dön