Ana Sayfa > Karusel > Prezident: Ermənistanla sərhədlərin müəyyənləşdirilməsində tarixi xəritələrə əsaslanan aktiv işə ehtiyac var
Prezident: Ermənistanla sərhədlərin müəyyənləşdirilməsində tarixi xəritələrə əsaslanan aktiv işə ehtiyac var5-10-2022, 13:37. Yazar: Admin |
Biz Azərbaycan-Ermənistanın delimitasiya komissiyalarının vaxt itirmədən hazırda mövcud olmayan sərhədlərin müəyyənləşdirilməsi istiqamətində aktiv işləyəcəyinə ümid edirik.
Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib. “Biz ümid edirik ki, sərhəd delimitasiyası üzrə müvafiq iki komissiya, Azərbaycan və Ermənistanın komissiyaları da həmçinin vaxt itirməyəcək və iki ölkə arasında əslində mövcud olmayan sərhədlərin müəyyənləşdirilməsi istiqamətində aktiv işləyəcək. Təxminən 30 il davam etmiş işğal dövründə bu sərhəd tamamilə Ermənistanın nəzarətində olub. Beləliklə işğal başa çatdığı zamanı biz sərhəd olduğunu nəzərdə tutduğumuz sərhədə gəldik və orada yerləşdik. Ona görə də 400 kilometrdən çox olan bu sərhədin müəyyənləşdirilməsi üçün əlbəttə tarixi sənədlərə, tarixi xəritələrə və beynəlxalq təcrübəyə, müəyyən metodologiyaya əsaslanan aktiv işə ehtiyac var. Bu proseslər gedir, lakin bir daha, onun nə qədər uğurlu olacağını demək çətindir”, - dövlət başçısı qeyd edib. Geri dön |