Ana Sayfa > Karusel > Akar: Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycan xalqının hüquq və mənafeləri üzərində qurulub

Akar: Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycan xalqının hüquq və mənafeləri üzərində qurulub


4-10-2022, 20:58. Yazar: Admin

Hulusi Akar

Türkiyə və Azərbaycan arasındaki hərbi əməkdaşlıq aqressiv xarakter daşımır.

Qarabaginfo.az-ın verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıya rəsmi səfəri zamanı deyib.

O qeyd edib ki, iki ölkə hər kəsin hüquq və qanunlarına hörmət edir.

“Biz istəyirik ki, bölgədə sülh mühiti yaransın. Bu yaxınlarda baş vermiş müharibədən sonra Ermənistana sülh əli uzandı. Bu sülh əlinin tutulmasını və lazımi cavabın verilməsini gözləyirik. Bu, bütün Qafqazda sülhün və müvafiq olaraq rifahın hökm sürməsi üçün vacib məsələdir”, - deyə o bildirib.

Nazir əlavə edib ki, Türkiyə ilə Ermənistan arasında aparılan danışıqlar tamamilə Azərbaycan xalqının hüquq və mənafeləri üzərində qurulub.

Akar, Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın üçüncü şəxslər üçün təhlükə olmadığını vurğulayıb: “Prezident Ərdoğan və cənab Prezident Əliyevin qərarları qətidir. Biz qardaşıq, birik, bir yerdəyik və bundan sonra da belə olmağa davam edəcəyik”.


Geri dön