Ana Sayfa > Karusel > Azərbaycanda daha 96 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib
Azərbaycanda daha 96 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib4-10-2022, 16:38. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 96 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 821 757 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 811 060 nəfər müalicə olunaraq sağalıb, 9 921 nəfər vəfat edib, aktiv xəstə sayı 776 nəfərdir. Ölkədə son sutka ərzində 3 806, hazırkı dövrədək isə 7 260 232 test aparılıb. Geri dön |