“Rusiyada qismən səfərbərlik çərçivəsində orduya 200 mindən çox insan cəlb olunub”.
Qarabaginfo.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
Onun sözlərinə görə, səfərbərliyə cəlb olunan şəxsi heyətin təlimi 80 poliqon və 6 təlim mərkəzində həyata keçirilir.
Xatırladaq ki, sentyabrın 21-i Rusiyada qismən səfərbərlik elan olunub.