Ana Sayfa > Karusel / Cəmiyyət > TƏBİB: Evdə müalicə ilə bağlı xəstəxanalara tibbi-metodik göstərişlər paylanıb

TƏBİB: Evdə müalicə ilə bağlı xəstəxanalara tibbi-metodik göstərişlər paylanıb


25-06-2020, 17:39. Yazar: Admin

TƏBİB: Evdə müalicə ilə bağlı xəstəxanalara tibbi-metodik göstərişlər paylanıb

“Evdə müalicə ilə bağlı tibbi-metodik göstərişlər hazırlanaraq xəstəxanalara paylanıb”.

Qarabaginfo.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

  1. Qarayeva deyib ki, yüngül, asimptomatik xəstələrin evdə müşahidə altında olması nəzərdə tutulub: “Bu xəstələrə müalicə lazım olmayacaq, müşahidə altında olacaqlar. Ona görə o xəstələrə dərman da lazım olmayacaq. Digər tərəfdən, hazırda müalicə simptomlara qarşı aparılır, xəstəliyi birbaşa müdaxilə edən dərman hələ yoxdur. Həm də dərman preparatlarından həkim nəzarəti olmadan istifadə etmək çox ciddi fəsadlara səbəb ola bilər, insanlar bunu da nəzərə almalıdır”. APA

Geri dön