Ana Sayfa > Karusel > “Sahil”də eskalator niyə dayanıb?

“Sahil”də eskalator niyə dayanıb?


4-10-2022, 11:51. Yazar: Admin

 

Elmlər Akademiyası" metro stansiyasının vestibüllərindən biri bağlanır | | Xural qəzeti

Bu gün səhər saatlarında metronun “Sahil” stansiyasında eskalatorda nasazlığın yaranması və sərnişinlərin xəsarət alması ilə bağlı məlumat yayılıb. 

Qarabaginfo.az xəbər verir ki, məsələyə "Bakı Metropoliteni” QSC-dən aydınlıq gətirilib. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov sorğumuza cavab olaraq bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır: "Sahil" stansiyasında sərnişinlərdən biri zərurət olmadan təhlükəsizlik düyməsini sıxıb. Nəticədə, eskalator dayanıb. Dərhal texniki baxış keçirilib, hər hansısa texniki nasazlıq olmadığı müəyyən edilib. Sərnişinlərdən xəsarət və ya hər hansı bir problemlə bağlı müraciət edən olmayıb. Eskalator qısa müddətdə işə salınıb”.


Geri dön