Ana Sayfa > Karusel > Sumqayıtda 20 gün əvvəl itkin düşmüş 81 yaşlı kişinin qətlinin təfərrüatları açıqlanıb - YENİLƏNİB

Sumqayıtda 20 gün əvvəl itkin düşmüş 81 yaşlı kişinin qətlinin təfərrüatları açıqlanıb - YENİLƏNİB


4-10-2022, 10:42. Yazar: Admin

Sumqayıtda 20 gün əvvəl itkin düşmüş 81 yaşlı kişinin qətlinin təfərrüatları açıqlanıb - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda 81 yaşlı kişinin qətli barədə məlumat yayıb.

DİN-dən Qarabaginfo.az-a verilən məlumatda bildirilib ki, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə avqustun 14-də 81 yaşlı Nadir Rzayevin Sumqayıt şəhərində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmaması barədə müraciət daxil olub.
Polis əməkdaşları tərəfindən onun yerinin müəyyən olunub tapılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Oktyabrın 3-də saat 19 radələrində N.Rzayevin üzərində zorakılıq əlamətləri olan meyitinin evinin həyətində basdırılmış vəziyyətdə tapılması ilə əlaqədar şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Abbasovun N.Rzayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
S.Abbasov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, hadisə şəhərin 21-ci mikrorayonunda fərdi yaşayış evində baş verib.

81 yaşlı Nadir Rzayevi öldürməkdə şübhəli bilinən 45 yaşlı Samir Abbasov onun evində usta işləyirmiş. Aralarında düşən mübahisə zamanı tərəflər bir-birini kobud ifadələrlə təhqir edib. Bu zaman S. Abbasov 81 yaşlı kişini küt alətlə vuraraq qətlə yetirib və meyitini həyətdə basdırıb.


Geri dön