Ana Sayfa > Karusel > Mask Rusiya və Ukrayna arasında münaqişənin həlli yolunu təklif etdi və cavabını aldı

Mask Rusiya və Ukrayna arasında münaqişənin həlli yolunu təklif etdi və cavabını aldı


3-10-2022, 23:15. Yazar: Admin

Amerikalı iş adamı İlon Mask Rusiya ilə Ukrayna arasında münaqişəni həlli yolunu təklif edib.

Bu barədə o, bazar ertəsi özünün “Twitter” yazıb.

Mask ilk addım olaraq BMT-nin nəzarəti altında Rusiyanın bu yaxınlarda ilhaq etdiyi ərazilərdə yenidən referendumların keçirilməsini təklif edib.

“Xalq iradəsini ortaya qoyarsa, Rusiya bu əraziləri tərk etməlidir. Krım 1783-cü ildən (Xruşşovun səhvindən əvvəl) olduğu kimi, formal olaraq Rusiyanın bir hissəsi olacaq. Bundan sonra yarımadaya su verilməsini təmin etmək lazımdır. Ukrayna isə neytral qalmalıdır”, - Mask qeyd edib.

Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak dünyanın ən varlı adamı olan Maska cavab verib.

“İlon Maks, daha yaxşı sülh planı var: Ukrayna öz ərazilərini, o cümlədən ilhaq edilmiş Krımı azad edir, Rusiya artıq başqalarını təhdid edə bilməməsi üçün demilitarizasiya və məcburi denuklearizasiyaya məruz qalır, hərbi cinayətkarlar beynəlxalq tribunal qarşısına çıxarılır”, -deyə Podolyak bildirib.

Qeyd edək ki, Maskın paylaşımından sonra “Tesla”nın səhmləri kəskin şəkildə ucuzlaşıb.


Geri dön