Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda problemli kreditlər ilin əvvəlindən 15% azalıb
Azərbaycanda problemli kreditlər ilin əvvəlindən 15% azalıb25-06-2020, 16:29. Yazar: Admin |
Bu ilin iyun ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 1 084,8 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 147,6 mln. manat və ya 12% azalıb. Azərbaycan Mərkəzi Bankından (AMB) Qarabaginfo.az-a verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə vaxtı keçmiş kreditlərin həcmi 188,2 mln. manat və ya 14,8% azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 409,4 mln. manat və ya 27,4% azalıb. Qeyd edək ki, iyun 1-nə problemli kreditlərin cəmi kreditlərdə payı 7,3% təşkil edib. Xatırladaq ki, bu göstərici aprelin 1-nə 8,9%, ilin əvvəlində 8,3%, ötən ilin müvafiq dövründə isə 11,6% olub. APA Geri dön |