Ana Sayfa > Karusel > Elnur Məmmədli təltif olundu - SƏRƏNCAM

Elnur Məmmədli təltif olundu - SƏRƏNCAM


3-10-2022, 14:37. Yazar: Admin
Elnur Məmmədli təltif olundu - SƏRƏNCAM

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli “Əməkdar bədən tərbiyəsi və idman xadimi” adına layiq görülüb.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə Azərbaycan cüdosunun inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi ilə bağlı Sərəncamda qeyd olunub.

 

Məlumat üçün bildirək ki, Elnur Məmmədli dəfələrlə cüdo üzrə Avropa və dünya çempionatlarının mükafatçısı, Pekin-2008 Yay Olimpiya Oyunlarının qalibi olub. O, 2015-ci ildən Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti kimi fəaliyyət göstərir.


Geri dön