Ana Sayfa > Karusel > Narkotik ƏMƏLİYYATI - Transmilli mütəşəkkil dəstə ifşa olundu
Narkotik ƏMƏLİYYATI - Transmilli mütəşəkkil dəstə ifşa olundu3-10-2022, 11:39. Yazar: Admin |
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində paytaxt və bölgələrdə keçirilən əməliyyatlar zamanı ölkəyə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik maddələr gətirən, Azərbaycan ərazisindən tranzit kimi istifadə etməklə xaricə narkotik madələr göndərməyə çalışan, onlayn, eləcə də digər üsullarla narkotiklərin satışını təşkil edən transmilli mütəşəkkil dəstənin daha 49 nəfər üzvü saxlanılıb.
DİN-dən Qarabaginfo.az-a verilən məlumata görə, həmin şəxslərdən ümumilikdə 66 kiloqram narkotik vasitə və psixotrop maddə, 2300 ədəd psixotrop tərkibli həb, 2 tapança və 1 ədəd tüfəng aşkar edilib.
Bu şəxslərdən, idarə etdikləri avtomobillərdən, eləcə də yaşadıqları evlərdən ümumilikdə 50 kiiloqram yüksək təsiredici narkotik maddə heroin, tiryək, marixuana, psixotrop maddə metamfetamin, 1300 ədəd psixotrop tərkibli həb, elektron tərəzilər, narkotik vasitələrin satışından əldə etdikləri nağd pul vəsaitləri, qanunsuz pul dövriyyəsində istifadə etdikləri plastik kartlar və qeyd dəftərçələri aşkar edilib. Adları çəkilən şəxslər paytaxt Bakı və bölgələrdə narkotikləri əsas tədarükçülərindən olmaqla bərabər xarici ölkələrə də narkotik maddələr göndərməyə çalışıblar.
Geri dön |