Ana Sayfa > Karusel > Rusiyadan Azərbaycana gəldilər, bu səbəbdən saxlanıldılar

Rusiyadan Azərbaycana gəldilər, bu səbəbdən saxlanıldılar


3-10-2022, 11:11. Yazar: Admin

Rusiyadan Azərbaycana gəldilər, bu səbəbdən saxlanıldılar

Heydər Əliyev Beynəlxalq Hava Limanında Rusiya vətəndaşı olan azərbaycanlılar saxlanılıb.

Təyyarə ilə Azərbaycana gələn 1990-cı il təvəllüdlü E.Səfərov sərhədçilər tərəfindən saxlanılaraq Hava Nəqliyatında Polis İdarəsinə verilib. Onun borclu qismində axtarışda olduğu məlum olub.

Bundan başqa Bakıya gələn Rusiya vətəndaşı, 1995-ci il təvəllüdlü T.Mamedov da saxlanılaraq polis idarəsinə təqdim edilib. Bildirilib ki, o, istiqamətləndirici məktub əsasında saxlanılıb.

Qeyd edək ki, son günlərdə Rusiyada qismən hərbi səfərbərliyin elan edilməsi ilə əlaqədar bu ölkədə yaşayan və Rusiya vətəndaşı olan şəxslərin doğulduqları ölkələrə axını müşahidə edilir.

 


Geri dön