Ana Sayfa > Karusel > İran Türkiyəyə qaz nəqlini DAYANDIRIR

İran Türkiyəyə qaz nəqlini DAYANDIRIR


1-10-2022, 15:05. Yazar: Admin
İran Türkiyəyə qaz nəqlini dayandırıb, Türkiyə Azərbaycandan gündəlik əlavə qaz alacaq

İrandan Türkiyəyə qaz nəqlini həyata keçirən magistral boru xətti profilaktika işləri ilə bağlı oktyabrın 2-dən 9-dək bağlanacaq.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin BOTAŞ şirkəti bildirib.



Şirkətin məlumatına əsasən, həmin boru xətti ilə qaz nəqli 8 gün müddətinə dayandırılacaq.



Qeyd edək ki, İran Rusiyadan sonra Türkiyəyə ikinci ən böyük qaz ixracatçısıdır. Bu ilin yeddi ayı ərzində İrandan Türkiyəyə 5,3 milyard kubmetr qaz nəql olunub.


Geri dön