Ana Sayfa > Karusel > Azadə Balayeva vəzifəsindən azad edildi
Azadə Balayeva vəzifəsindən azad edildi1-10-2022, 14:15. Yazar: Admin |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva vəzifəsindən azad edilib. Bu barədə Report-a onun özü məlumat verib. A.Balayeva bildirib ki, bundan sonra fəaliyyətini AMEA-nın institutlarından birində davam etdirəcək. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə AMEA-nın yeni strukturu təsdiqlənib və işçilərin say həddi 3 510 nəfər müəyyənləşdirilib. Yeni strukturda akademiyanın 22 elmi müəssisəsi fəaliyyət göstərəcək. Xatırladaq ki, A.Balayeva AMEA-nın mətbuat katibi vəzifəsinə bu ilin fevral ayında təyin edilmişdi.
Geri dön |