Ana Sayfa > Karusel > Xocalı qatillərindən bəziləri cinayət məsuliyyətinə cəlb edilib - RƏSMİ

Xocalı qatillərindən bəziləri cinayət məsuliyyətinə cəlb edilib - RƏSMİ


1-10-2022, 11:27. Yazar: Admin

Xocalı soyqırımında iştirak etmiş bəzi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olub.

 

Bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

 

O bildirib ki, Ermənistanın törətdiyi cinayətlərlə bağlı mütəmadi cinayət işləri başlanılıb və təqsirli şəxslər müəyyən edildikdə beynəlxalq axtarışa verilir: "Bəzən həmin şəxslərin Azərbaycana ekstradisiyasında, istintaqa cəlb edilməsində təbii ki, müəyyən çətinliklər olur. Bütün bunlara baxmayaraq, Vətən müharibəsindən sonra bir neçə cinayət törətmiş şəxsi tapıb istintaqa cəlb etdik".

 

K.Əliyev vurğulayıb ki, hətta Xocalı soyqırımında iştirak etmiş bəzi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olub.

 

"Bu işlərin istintaqının başqa üstünlüyü və nəticələri də var. Bu, ondan ibarətdir ki, Azərbaycan beynəlxalq məhkəmələrdə, xüsusən Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı qaldırdığı iddiaların irəli sürülməsində istintaq zamanı əldə edilən sübutlardan istifadə olunub", - deyə Baş prokuror qeyd edib.


Geri dön