Ana Sayfa > Karusel > Ukrayna Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib

Ukrayna Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib


1-10-2022, 00:28. Yazar: Admin

Dmitri Kuleba

Ukrayna Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

"Prezident Putinin ilhaq cəhdlərindən sonra Ukrayna Beynəlxalq Ədalət Məhkəməsinə rəsmi məlumat verib ki, bu addım Məhkəmənin martın 16-da qəbul edilmiş Müvəqqəti tədbirlər haqqında qanuni qüvvəyə malik Sərəncamını açıq şəkildə pozur. Biz Məhkəməni işə mahiyyəti üzrə mümkün qədər tez baxmağa çağırırıq" – deyə diplomat bildirib.


Geri dön