Ana Sayfa > Karusel > Stoltenberq: Ukraynanın NATO-ya qəbulu ilə bağlı qərarı Alyans üzvləri verəcək

Stoltenberq: Ukraynanın NATO-ya qəbulu ilə bağlı qərarı Alyans üzvləri verəcək


30-09-2022, 22:17. Yazar: Admin

Stoltenberq: Ukraynanın NATO-ya qəbulu ilə bağlı qərarı Alyans üzvləri verəcək

Ukraynanın NATO-ya sürətləndirilmiş qəbulu ilə bağlı qərarı Alyansa üzv 30 ölkə qərar verəcək. 

Qarabaginfo.az-ın xəbərinə görə, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayanın NATO-ya üzvlük müraciəti ilə bağlı deyib.

Stoltenberq deyib ki, qərar konsensus əsasında veriləcək.

 

“Hər bir ölkə üzv olmaq üçün müraciət etmək hüququna malikdir və NATO-nun qapıları açıqdır. Madriddəki NATO müttəfiqləri açıq şəkildə dedilər ki, biz Ukraynanın hüququnu dəstəkləyirik... Bundan sonra qərar bütün 30 üzv tərəfindən qəbul edilməlidir” – deyə Baş katib bildirib.


Geri dön