Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib.
Qarabaginfo.az xəbər verir ki, hadisə Təbriz küçəsində qeydə alınıb. 26 nömrəli marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobus yolu keçən 1942-ci il təvəllüdlü Zeynalova Rəhilə İlyas qızını vurub.
Qadın xəstəxanaya çatdırılsa da, vəfat edib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.