Ana Sayfa > Karusel > Ermənistanın əsas niyyəti sülh prosesini pozmağa yönəlib - SPİKER

Ermənistanın əsas niyyəti sülh prosesini pozmağa yönəlib - SPİKER


30-09-2022, 11:24. Yazar: Admin

Milli Məclisin payız sessiyasının ilk iclasında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Qarabaginfo.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 12-14-də törədilən erməni təxribatları ilə bağlı danışıb.

 

“Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər, Gədəbəy, Daşkəsən və Zəngilan istiqamətində genişmiqyaslı təxribatlar törədilib. Bildiyiniz kimi, Azərbaycan ordusu təxribatın qarşısını qətiyyətlə alıb, Ermənistan ciddi hərbi, texniki, canlı itkilərə məruz qoyulub. Ermənistanın əsas niyyəti sülh prosesini pozmağa, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görülən işlərə kölgə salmağa hesablanıb” - deyə spiker bildirib


Geri dön