Ana Sayfa > Karusel > Tarixi abidələrə müdaxilə edənlərə xəbərdarlıq edildi
Tarixi abidələrə müdaxilə edənlərə xəbərdarlıq edildi29-09-2022, 22:41. Yazar: Admin |
Bakı şəhərində yerləşən tarixi abidələrə edilən qanunsuz müdaxilələr, təmir-bərpa işlərinin aparılması ilə əlaqədar yol verilmiş qanunsuz halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədi ilə keçirilən monitorinqlər nəticəsində 26 protokol yazılıb, xeyli sayda obyekt sahibinə xəbərdarlıq edilib. Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib. Qeyd edək ki, sentyabrın 1-dən mədəniyyət naziri Anar Kərimovun tapşırığına uyğun olaraq nazirlik yanında tərəfindən həyata keçirilən operativ monitorinqlər davam edir. Növbəti monitorinq tədbirləri dislokasiyaya uyğun olaraq Bakı şəhəri Yasamal rayonu Azərbaycan prospektində yerləşən tarix-memarlıq abidələrini əhatə edib. "Bir daha bildirmək istəyirik ki, Dövlət Xidməti istisna olmaqla digər heç bir qurumun tarix-mədəniyyət abidələri üzərində hər hansı təmir-bərpa işlərinin aparılması, onların üzərinə reklam və digər lövhələrin yerləşdirilməsinə icazə vermək səlahiyyəti yoxdur. Tarix-memarlıq abidələri ilə bağlı aparılan monitorinqlər davam etdiriləcək. Bütün qanunsuz müdaxilələrin qarşısı alınacaq. Xəbərdarlıqlara rəğmən yol verdikləri nöqsanları aradan qaldırmayan obyekt sahiblərinə cərimələr tətbiq olunacaq və onlar barəsində hüquq mühafizə orqanlarına müraciət olunacaq", - məlumatda deyilir. (modern.az) Geri dön |