Ana Sayfa > Karusel > Hulusi Akar Ukraynanın infrastruktur naziri ilə telefon danışığı aparıb
Hulusi Akar Ukraynanın infrastruktur naziri ilə telefon danışığı aparıb29-09-2022, 20:53. Yazar: Admin |
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov ilə telefon danışığı aparıb. Qarabaginfo.az-ın verdiyi xəbərə görə, bu barədə nazirlikdən bildirilib. Danışıq zamanı Ukrayna limanlarından taxıl daşınması ilə bağlı fikir mübadiləsi aparılıb. Bundan əlavə, H.Akar İstanbuldakı Birgə Koordinasiya Mərkəzində əməkdaşlıq və koordinasiya çərçivəsində aparılan işlərdən məmnunluğunu ifadə edib. Geri dön |