Ana Sayfa > Karusel > Düşmən təxribatları davam edəcək - Elmar Məmmədyarov

Düşmən təxribatları davam edəcək - Elmar Məmmədyarov


29-09-2022, 16:52. Yazar: Admin

"Mən dəfələrlə demişəm ki, əgər sülh müqaviləsi bağlanmasa, Ermənistan tərəfindən törədilən təxribatlar davam edəcək".

 

Qarabaginfo.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

 

"Əlbəttə ki, Azərbaycan da bu təxribatların qarşısında dinc dayanmayacaq və öz cavabını verəcək. Erməni təxribatlarının qarşısının tam şəkildə alınmasının yeganə yolu sülh müqaviləsinin bağlanması və sərhəddə delimitasiya-demarkasiya işlərinin aparılmasıdır. Əgər bunları etməsək, düşmən təxribatları davam edəcək. 

 

Ermənistanın Baş naziri Nikol Paşinyan da Avropa İttifaqının qeyri-rəsmi sammitində iştirak etmək üçün oktyabrın 6-sı Praqaya səfər edəcək. O, həmin sammitə Azərbaycan və Ermənistan arasında sülh sazişinin ilkin variantı ilə qatılacaq. Bu da müəyyən qədər müsbət haldır. Çünki biz sülh danışıqlarına nə qədər tez başlasaq, o qədər də yaxşı olacaq. Beynəlxalq ictimaiyyət də bunu tələb edir ki, tezliklə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində danışıqlar aparılsın.

 

Delimitasiya və demarkasiya məsələsi də olduqcca önəmlidir. Əgər səhəd müəyyənləşdirilməsə, deməli həmin sərhəd qanuni deyil. Hər bir halda biz praktiki işlərə başlamalıyıq. Mən vaxtilə deyirdim ki, bizə elə-belə yox, əsl danışıqlar lazımdır. Belə görüşlərlə heç nə mümkün olmayacaq.

 

Sülh sazişinin imzalanması Ermənistanın da milli maraqlarına uyğundur. Əgər onlar daha çox itki vermək istəmirlərsə, tez bir zamanda danışıqlara başlamalıdırlar", - deyə o bildirib.

 

Qeyd edək ki, ötən gün Kəlbəcər rayonu istiqamətində Ermənistan tərəfindən növbəti təxribat törədilib. Açılan atəş nəticəsində hərbi qulluqçumuz İsgəndərov Nicat Hidayət oğlu yaralanıb. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.


Geri dön