Ana Sayfa > Karusel > Gözəllik salonundan oğurluq edildi
Gözəllik salonundan oğurluq edildi28-09-2022, 11:09. Yazar: Admin |
H.Cavid prospektində yerləşən bir gözəllik salonundan içərisində 470 manat olan cüzdan və bir mağazadan 110 manat pul oğurlanıb.
Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Səbinə Ağayeva müəyyən olunaraq saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır. Geri dön |