Ana Sayfa > Karusel > Bakıda “kirayə ev” adı altında tələbələri aldadan şəxs saxlanılıb
Bakıda “kirayə ev” adı altında tələbələri aldadan şəxs saxlanılıb27-09-2022, 20:49. Yazar: Admin |
Bakıda “kirayə ev” adı altında vətəndaşları, əsasən də tələbələri aldadan şəxs saxlanılıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib. Daşınmaz əmlak saytlarında “kirayə ev” adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadan 1993-cü il təvəllüdlü Bayram Məmmədov məsuliyyətə cəlb edilib. O ilkin ifadəsində hər gün 3 şəxsə, əsasən tələbələrə qarşı dələduzluq etdiyini etiraf edib. Araşdırmalar davam etdirilir. "Vətəndaşlara tövsiyə edirik ki, kirayə, yaxud digər daşınmaz əmlakla bağlı elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər", - deyə nazirlikdən bildirilib. Geri dön |