Ana Sayfa > Karusel > “PKK döyüşçüləri Naxçıvanla sərhədə yerləşdirilir”
“PKK döyüşçüləri Naxçıvanla sərhədə yerləşdirilir”27-09-2022, 16:38. Yazar: Admin |
“PKK terror təşkilatının məqsədi İran və Naxçıvanla həmsərhəd ərazilərə, eləcə də Azərbaycanla sərhədboyu yerləşən vilayətlərə nəzarət etməkdir”. Bunu cənubi azərbaycanlı araşdırmaçı Mesut Haray “Türkiye” qəzetinə açıqlamasında deyib. Onun sözlərinə görə, İran uzun müddət Urmiya, Çaldıran, Salmas, Maku və Xoy bölgələrində PKK və onun qolu sayılan PJAK-ın təlim düşərgələrinin yaradılmasına göz yumub: “44 günlük müharibə zamanı Qarabağın Azərbaycan ordusu tərəfindən azad olunmasından sonra PKK/PJAK ünsürləri Naxçıvan, İran və Azərbaycan arasında yerləşən Germi, Biləsuvar, Hiyav və Muğan bölgələrinə yerləşdirilib. Son zamanlar isə bu bölgələrə kürdlərin intensiv köçü müşahidə edilir. Bununla belə, PKK/PJAK öz təlim düşərgələrini yaradır”. O bildirib ki, İranda mərkəzi hökumət zəifləsə və yaxud aradan qalxsa, onlar Ağrı-Van sərhəd xəttinin İran tərəfində Üçneviyedən başlayaraq, Selmas, Xoydan və Urmiyadan Şota qədər uzanan bölgələri ələ keçirməyi planlaşdırırlar: “Bununla yanaşı, PKK İraqın şimalı ilə əlaqəli Sərdəşt, Bane, Mahabad, Piranşehr və Sərdeşt bölgələrini də digər kürd qruplaşmaları ilə öz nəzarətləri altına alacaqlar. Bunu etməkdə onların məqsədi Türkiyə ilə İranın əlaqəsini qoparmaq, eləcə də İranda yaşayan azərbaycanlıların bütün Türk dünyası ilə təmas nöqtələrinə nəzarət etməkdir”. Geri dön |