Ana Sayfa > Karusel / Gündəm > İşğaldan azad olunan ərazilərdə bərpa işləri gec gedir? - “Moskva bir günə salınmayıb ki... ”

İşğaldan azad olunan ərazilərdə bərpa işləri gec gedir? - “Moskva bir günə salınmayıb ki... ”


19-09-2022, 20:33. Yazar: Admin

İşğaldan azad olunan ərazilərdə bərpa işləri gec gedir? - “Moskva bir günə salınmayıb ki... ”

“İşğaldan azad olunmuş bölgələrdə yaşamaq istəyən istənilən azərbaycanlı vətəndaş ilk növbədə, həmin bölgənin sakinlik statusunu almaq üçün müraciət etməlidir. Bundan sonra orada yaşaya bilər”.

Qarabaginfo.az bildirir ki, bu sözləri Yenisabah.az-a millət vəkili Elman Məmmədov deyib. O, bildirib ki, Azərbaycan vətəndaşlarının işğaldan azad olunan bölgələrdə yaşamaq istəməsində heç bir mane yoxdur. Lakin bu məsələdə xüsusi incə məqam var:

“İşğaldan azad olunan bölgələrimizə köçmək istəyən istənilən Azərbaycan vətəndaşını alqışlamaq, şərait formalaşdırmaq və onlara kömək etmək lazımdır. Torpağımızın hər qarışı vətəndir. O ərazilər də Azərbaycan dövlətinin ərazisidir. Yəni, sərbəst qaydada hamı gedib istədiyi yerdə yaşaya bilər.

İlkin mərhələdə hələlik hissə-hissə köçürülmələr başlayır. İlk növbədə, yəqin ki, həmin rayonların özlərinin yerli sakinləri yerləşdiriləcəkdir. Ancaq həmin bölgələrdə yaşamaq istəyən istənilən azərbaycanlının bu mənada arzularının nəzərə alınması da istisna deyil. Lap yaxşı olardı ki, ayrıseçkilik olmasın. İstənilən azərbaycanlı işğaldan azad olunan bölgələrin hansında yaşamaq istəyirsə, müraciət edib arzusunu dilə gətirsin və yəqin ki, müsbət cavab alacaq”.

Deputat qeyri məcburi-köçkün və qeyri-qaçqınların həmin bölgələrdə yaşamaq üçün şəxsi vəsaiti hesabına torpaq mülkiyyətinin alınması fikrinə də münasibət bildirdi:

“Heç kim cibindən pul verib torpaq almayacaq və almaq səlahiyyətində də deyil. Nə də heç buna ehtiyac yoxdur. Dövlət ən yüksək səviyyədə ora köçürülən vətəndaşlarımızın məşğulluğunun təmin olunması üçün tədbirləri görüb və görməkdə də davam edir. Torpaqlarımız çoxdur. Qeyri məcburi-köçkün və qeyri-qaçqınlar da həmin ərazilərə sakinliyə qeydiyyata düşəndən sonra yəni sakinlik statusu aldıqdan sonra onlara da həyətyanı torpaq sahəsi ayrılacaq və mənzil veriləcək”.

Elman Məmmədov post müharibədən sonra həmin bölgələrin kəndlərində yaşayış evlərinin tikilməsinin çox gec aparıldığını belə şərh edib:

“Orada proses çox gec getmir, əksinə, həddindən artıq sürətlə gedir. Ermənilərin otuz il ərzində dağıdıb viran qoyduğu ərazilərdə bu gün dünyanın ən müasir yaşayış massivlərindən biri olan Ağalı kəndi salınıb. Bu gün Şuşada, Ağdamda və digər yerlərdə artıq, 2 ildir, nə qədər hava limanları və s. bərpa-quruculuq işləri gedir. Yəni, bunlar hamısı vaxt tələb edən məsələlərdir. Moskva bir günə salınmayıb ki...  Kim fikirləşirsə ki, bunları belə tələsik, qısa müddətdə eləmək mümkündür absurddur. İnsan fikirləşməlidir ki, özünə bir ev tikmək üçün nə qədər vaxt lazım olur. Bəs, bu yüzminlərlə ailələrə ev tikilməli, iş yerləri olmalı, yollar çəkilməli, infrastrukturun təsisatı baş verməlidir. Bunun hamısı vəsaitlə bərabər, vaxt da aparır. Bu işlərin zamana ehtiyacı var”.  

Elman Məmmədov "dövlətin imkansızlara büdcədən pul ayırmasıyla mənzillərin və torpaq mülkiyyətinin alınması ilə bağlı yardımı, maddi imkanı olanların isə şəxsi vəsaitləri hesabına bunu həyata keçirməsi bu prosesi daha da sürətləndirə bilərmi" sualını belə cavablandırıb:

"Prezident bunu neçə dəfə bəyan edib ki tək, xarici sahibkarlara yox, azərbaycanlı sahibkarlara da çağırışlar tenderlər olub. Həmin ərazilərdə bərpa-quruculuq işləriylə məşğul olmaları üçün layihələr verilib, çağırışlar, tenderlər olub. Ancaq imkanlı adam könüllü ev tikməsiylə bağlı müraciət edirsə, bunlar da xüsusi proqram əsasında həyata keçirilir. Bu, əlbəttə müsbət addımdır. Çünki, bir tərəfdən dövlətin xərclərinə köməkdir. Yəni, vətəndaşların həmin rayonlarda harda gəldi, ev tikmək istəməsi halı yoxdur. Hər şey baş planlar, proqramlar əsasında, mərkəzləşmiş qaydada həyata keçirilir. Amma dövlət heç vaxt heç bir vətəndaşına özünə ev tikməsiylə bağlı məcbur etməyəcək və deməyəcək. Kim istəsə, müvafiq qurumlara müraciət etsin, yəqin ki, onlara uyğun cavablar veriləcək. İşğaldan azad olunmuş bölgələrdə yaşamaq istəyən istənilən azərbaycanlı vətəndaş ilk növbədə, həmin bölgənin sakinlik statusunu almaq üçün müraciət etməlidir. Bundan sonra orada yaşaya bilər”.


Geri dön